Şotlandiyanın Baş naziri saxlanılan filotilya fəallarının azad edilməsini tələb etdi
Şotlandiyanın Baş naziri Con Svinni ötən həftə Qəzzaya humanitar yardım çatdırmağa çalışarkən İsrail tərəfindən saxlanılan dörd şotlandiyalının vəziyyətindən “çox narahat” olduğunu bildirib və onların “dərhal geri qaytarılmasını” tələb edib.
Yenicag.az xəbər verir ki, “Bauer Media”ya danışan Svinni deyib ki, hazırda İsraildə saxlanılan filotilya üzvlərinin vəziyyəti onu ciddi narahat edir.
O əlavə edib ki, Şotlandiya hökuməti Böyük Britaniya hökumətinə müdaxilə etməsi üçün təzyiq göstərir, London isə saxlanılma məsələsi ilə bağlı İsrail rəsmiləri ilə danışıqları davam etdirir.
Şotlandiya parlament üzvləri tərəfindən saxlanılan şəxslərin adları Cim Hiki, Marqaret Paçetta, İvon Ridli və Sid Xan kimi açıqlanıb.