Ceyhun Bayramov Koşerbayevi qəbul etdi - FOTOLAR
Xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində qazaxıstanlı həmkarı Yernek Koşerbayevlə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında siyasi, ticarət, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin regional vəziyyət müzakirə olunub.
Nazirlər beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) çərçivəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.


