Ceyhun Bayramov Qəbələdə Hakan Fidanla görüşüb - YENİLƏNDİ
6 oktyabr 2025-ci il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin ev sahibliyində Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan-Türkiyə qardaşlığına əsaslanan müttəfiqlik münasibətlərinin bütün səviyyə və platformalarda uğurla davam etdirildiyi məmnunluqla qeyd edilib.
Siyasi-təhlükəsizlik, iqtisadi-ticarət, enerji-nəqliyyat-kommunikasiya ölçüləri üzrə tərəfdaşlıq gündəliyində duran əsas məsələlər müzakirə olunub.
Regional və beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə fəaliyyət və dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə Türk Dövlətləri Təşkilatının XII Zirvə toplantısından əvvəl baş tutacaq TDT Xarici İşlər Nazirləri Şurası çərçivəsində Azərbaycanda səfərdə olan türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin və hərtərəfli ittifaqının uğurla inkişaf etdiyini vurğulayıblar. Görüşdə siyasi, təhlükəsizlik, müdafiə, ticarət, enerji və nəqliyyat sahələri üzrə müzakirələr aparılıb. TDT çərçivəsində həmrəylik və tərəfdaşlığın ən yüksək əhəmiyyət daşıdığı qeyd olunub. Nazirlər həmçinin regional məsələləri və qarşılıqlı maraq doğuran mövzuları müzakirə ediblər.
Pleased to have met my colleague and dear brother, Minister of Foreign Affairs of the Republic of Türkiye @HakanFidan on the sidelines of the Meeting of the Council of Foreign Ministers of the Organization of @Turkic_States (OTS) held in #Gabala, #Azerbaijan.
Our fraternal… pic.twitter.com/3FYSP8uEH3
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) October 6, 2025