!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sevgilisi ilə birlikdə xanımını döyən həkim ölkədən qaçıb - Həyat yoldaşından AÇIQLAMA

!Reklam – Yazi

Bir müddət əvvəl sevgilisi ilə birlikdə həyat yoldaşını döyən tanınmış həkim-onkoloq İbrahim Əsədli ölkəni tərk edib.

Bu barədə Yenicag.az-a açıqlamasında İbrahim Əsədlinin həyat yoldaşı Aynur Əsədli məlumat verib. O qeyd edib ki, mart ayının 21-də və ondan sonrakı günlərdə İbrahim Əsədli evə gəlməyib:

“Mən sonradan öyrəndim ki, İbrahim həmin qadınla Azərbaycandan qaçıb və hazırda İtaliyadadır. Cinayət işinin yeni başlandığı, araşdırmaların davam etdiyi və qarşıda məhkəmə proseslərinin olacağı bir zamanda bu formada heç kimə xəbər vermədən ölkədən getməsi nə dərəcədə düzgündür?! Bunu yalnız ölkədən qaçmaq kimi qiymətləndirmək olar.

Nə mənə, nə övladına, nə də pasiyentlərinə bu barədə məlumat verməyib və birdən-birə yoxa çıxıb. Vəziyyəti ağırlaşan xəstələr nömrəmi tapıb və məndən soruşurlar ki, həkim haradadır? Bu hansı mənəviyyata sığır ki, sən ağır xəstələri qoyub aradan çıxmısan? Onu da qeyd edim ki, İbrahim məni və məlum hadisə ilə bağlı ona sual verə biləcək bütün şəxsləri bloka atıb. Onunla heç cür danışa bilməmişəm”, – deyə A.Əsədli bildirib.

Xatırladaq ki, ötən ay İbrahim Əsədli işlədiyi “Loğmed” klinikasında sevgilisi, 1978-ci il təvəllüdlü Sultanova Aynur Paşa qızı ilə birlikdə həyat yoldaşı Aynur Əsədlini döyüb. Belə ki, İbrahim Əsədli qeyri-rəsmi münasibətdə olduğu qadınla birlikdə həyat yoldaşına qarşı şiddət göstərib. Zərərçəkmiş Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə müraciət edib. İş üzrə ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir.

Hadisə nəticəsində xəsarət alan Aynur Əsədli də həkimdir. O, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır.

Qeyd edək ki, hadisədən sonra İbrahim Əsədli çalışdığı “Loğmed” klinikasından qovulub./unikal

COP29

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv