Sevgilisinin başında araq butulkası sındıran qadına görün hansı cəza verildi

media-hightechnic-468x90

Abşeronda sevgilisinə araq butulkası ilə xəsarət yetirən qadın hakim qarşısına çıxarılıb.

Yenicag.az xəbər verir ki, hadisə 2024-cü ilin dekabrında baş verib.

İşin materiallarına görə, hadisə günü Fəxrəddin (adlar şərtidir) və qeyri-rəsmi ər-arvad münasibətində olduğu Samirə yemək yeyərək spirtli içki qəbul ediblər. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.

Samirə mübahisə zamanı Fəxrəddinin boğazından tutub və onu itələyib. Bu zaman Fəxrəddinin kürəyi stula dəyib. Bundan sonra Samirə stolun üzərindəki boş araq butulkasını götürərək Fəxrəddinin başına zərbə vurub. Zərbə nəticəsində butulka parçalanıb, Fəxrəddin yıxılıb. Samirə evdən ayrılıb.

Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 000 manat məbləğində cərimə cəzası təyin edilib./Oxu.az/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa