Argentinalı qadın sevgilisinin cinsiyyət orqanını kəsib.
Yenicag.az xəbər verir ki, buna sevgilisi Serxio Fernandezin onunla olan intim görüntülərini internetə yükləməsi səbəb olub.
Kordoba şəhərində baş verən hadisədən sonra Brenda Barattini adlı qadın polisə təslim olub. O, hadisə zamanı qayçıdan istifadə etdiyini bildirib.
26 yaşlı qadın əməlinə belə izah verib: “Sevgilimin cinsiyyət orqanını kəsdim. Çünki ikimizin intim görüntülərini dostuna verib. Mən özümü müdafiə edirdim”.
Qeyd edək ki, Brenda sevgilisini kəsəndən sonra təcili tibbi yardıma zəng vurub.
www.yenicag.az