“Şəxsi İnkişaf Akademiyası” layihəsi yekunlaşıb – Fotolar

media-hightechnic-468x90

10275931_907587262614481_5496080283333251196_n“İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə “Şəxsi İnkişaf Akademiya” layihəsi artıq yekunlaşdı.

Layihə 24-27 noyabr 2014-cü il tarixləri aralığında keçirilib.

Akademiya region və paytaxt gənclərinin inkişafına sistemli yanaşmanı əsas tutan təlim sessiyalarını əhatə edib. “Şəxsi İnkişaf Akademiyası” regionlarda və universitetlərdə “İrəli” İctimai Birliyinin nəzdində fəaliyyət göstərəcək koordinatorluqların, eləcə də ali təhsil müəssisələrində fəaliyyət göstərəcək gənclərin idarəetmə qabiliyyətlərinin artırılmasına, vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının artırılmasını təmin edib. “Şəxsi İnkişaf Akademiyası” koordinatorluqlarda fəaliyyət göstərəcək gənclərin idarəetmə bacarığının, intellektual və yaradıcılıq qabiliyyətinin artırılması üçün təşkil olunub.
Qeyd edək ki, layihənin əsas məqsədi “İrəli” İctimai Birliyinin regional mərkəzlər və ali təhsil müəsissələrinin koordinatorluqlarında fəaliyyət göstərəcək gənclərin idarəetmə üzrə nəzəri və praktiki biliklərini inkişaf etdirməklə qərar qəbuletmə zamanı iştirakçılığı artırması olub.
“Şəxsi İnkişaf Akademiyası” çərçivəsində ümumilikdə “İRƏLİ” İctimai Birliyinin fəaliyyətini genişləndirmək üçün xüsusi seçilmiş şəxslərə bir sıra təlimlər keçirlib. Layihəyə 10 region və 13 universitetin nümayəndələri cəlb olunub. Ümumilikdə 40 nəfər Akademiya çərçivəsində maarifləndirilib.

Layinənin son günündə gənclərə şəhadətnamə verilib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600