Seyran Ohanyan: “Koçaryanın əmlakının mənşəyi şəxsi müzakirə mövzusu deyil”
Ermənistan parlamentində “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan keçirdiyi brifinqdə jurnalistin “Robert Koçaryanın əmlakı halal yolla əldə olunubmu” sualına münasibət bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Ohanyan qeyd edib ki, sabiq prezident Robert Koçaryanla keçirilən görüşlər, əsasən, fraksiyanın proqramları, işgüzar məsələlər və siyasi proseslər ətrafında cərəyan edir. Onun sözlərinə görə, şəxsi mövzular, o cümlədən əmlakın mənşəyi ilə bağlı suallar bu görüşlərdə müzakirə olunmur.
Deputat Koçaryan və ailəsinə qarşı başlanan əmlakın müsadirəsi prosesi ilə bağlı isə bildirib ki, antikorrupsiya və məhkəmə prosesləri cəmiyyət üçün aydındır. Ohanyanın sözlərinə görə, Robert Koçaryan bu məsələlərə dəfələrlə cavab verib və yekun hüquqi qiymət yalnız səlahiyyətli qurumlar tərəfindən verilməlidir.
Seyran Ohanyan vurğulayıb ki, “Hayastan” fraksiyasının üzvləri məsuliyyətdən yayınmır. O, məhkəmə sisteminin müstəqil və qərəzsiz fəaliyyət göstərməli, yalnız əsaslandırılmış və qanuni qərarlar qəbul etməli olduğunu diqqətə çatdırıb.