Şeyx səfərə hazırlaşır
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 14-də RF İnquşetiya Respublikasının Maqas şəhərinə səfər edəcək.
Səfər RF İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovun şəxsi dəvəti əsasında həyata keçirilir. Səfərdə məqsəd 14 may tarixində Maqasda «Dində mötədillik – sülh, dinc qonşuluq və tərəqqiyə gedən yoldur» mövzusunda keçiriləcək Beynəlxalq İlahiyyat Konfransında iştirak etməkdir.
QMİ sədrinin himayədarlığı ilə keçiriləcək tədbirdə çox sayda müsəlman dini liderin, Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələrinin, habelə Ümumdünya müsəlman alimləri birliyinin Baş katibi dr. Əli Əl-Karadaginin rəhbərliyi ilə nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.