Sığorta bazarında 2025-ci ilin YEKUNLARI: Kim qazandı, kim itirdi? – TAM SİYAHI

media-hightechnic-468x90

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin 2025-ci il üzrə mənfəət və zərər göstəriciləri məlum olub. Ötən ili ölkənin sığorta sektoru ümumilikdə 144 milyon manatdan çox xalis mənfəətlə başa vurub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, sığorta şirkətlərinin maliyyə nəticələrinə görə tərtib edilmiş renkinqdə kəskin fərqlər müşahidə olunur. Bazarın əsas payı və ən yüksək gəlirlilik göstəriciləri ənənəvi olaraq lider şirkətlərin payına düşüb.

Siyahıya “Paşa Həyat Sığorta” ASC rəhbərlik edir. Şirkət ili 53,3 milyon manat mənfəətlə qapayıb. İkinci yerdə isə 40,5 milyon manat mənfəətlə “Paşa Sığorta” ASC qərarlaşıb. İlk beşliyi aşağıdakı şirkətlər tamamlayır:

“Qala Sığorta” ASC: 11,9 mln. manat, “Atəşgah Həyat” ASC: 10,3 mln. manat,“Qala Həyat” ASC: 10 mln. manat

Hesabat dövründə bütün şirkətlər ili mənfəətlə başa vurmayıb. Belə ki, “Azərbaycan Sənaye Sığorta” ASC ili 2,5 milyon manatdan çox zərərlə yekunlaşdırıb. “AtaSığorta” ASC-nin isə mənfəət göstəricisi qeyd olunmayıb.

Sığorta şirkətlərinin tam mənfəət/zərər siyahısı (2025-ci ilin sonu):

S/n Sığorta şirkəti Mənfəət / Zərər (Min manat)
1 “Paşa Həyat Sığorta” ASC 53 379
2 “Paşa Sığorta” ASC 40 594
3 “Qala Sığorta” ASC 11 931
4 “Atəşgah Həyat” ASC 10 341
5 “Qala Həyat” ASC 10 060
6 “Xalq Sığorta” ASC 6 005
7 “Meqa Həyat Sığorta” ASC 3 773
8 “Meqa Sığorta” ASC 3 222
9 “Xalq Həyat” ASC 2 122
10 “AzSığorta” ASC 1 800
11 “Atəşgah” Sığorta ASC 1 684
12 “İpək Yolu Sığorta” ASC 885
13 “A-Qroup Sığorta” ASC 863
14 “Aqrar Sığorta” ASC 100
15 “Azərbaycan Sənaye Sığorta” ASC – 2 588
16 “AtaSığorta” ASC
CƏMİ 144 171

Qeyd edək ki, ümumi bazar mənfəətinin böyük hissəsi həyat sığortası sahəsində fəaliyyət göstərən şirkətlərin payına düşür./FED.AZ/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05