Silah-sursat aşkarlanaraq götürülüb - DİN
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Yenicag.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, martın 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 pulemyot, 2 tapança, 1 qumbara, 1 alışdırıcı, 1 mərmi, 10 tüfəng, 6 patron darağı və 230 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.













