!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şimali Koreya lideri ilə bağlı ŞOK İDDİA: Xəstəliyinə xaricdən dərman axtarmağa başladılar – Atası və babası da eyni xəstəlikdən ölüb

!Reklam – Yazi

Şimali Koreya rəsmilərinin liderləri Kim Çen Inın piylənmə ilə bağlı sağlamlıq problemlərini müalicə etmək üçün xaricdən yeni dərmanlar axtardıqları iddia edilib. Cənubi Koreya Milli Kəşfiyyat İdarəsi rəsmiləri bildiriblər ki, Kimin səhhəti kökəldikcə pisləşib.

Yenicag.az xəbər verir ki, Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) rəsmiləri 2021-ci ildə əhəmiyyətli dərəcədə arıqlayan Kimin yenidən kökəlməyə başladığını və səhhətinin pisləşdiyini bildirib.

Kimin 30 yaşının əvvəlindən yüksək təzyiq və diabet əlamətləri göstərdiyini bildirən rəsmilər hazırda təxminən 140 kilo ağırlığında olan Şimali Koreya liderinin bəzi xəstəliklər üçün yüksək risk qrupunda olduğunu iddia ediblər.
Rəsmilər Şimali Koreyalıların Kim üçün xaricdən yüksək təzyiq və diabet üçün yeni dərmanlar almağa çalışdıqlarına dair kəşfiyyat məlumatı əldə etdiklərini bildiriblər. 2011-ci ildə hakimiyyətə gələn Kimin atası və babası ürək problemlərindən dünyasını dəyişib.

İsmayıl Bakuvi

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv