Şimali Koreyadan Cənuba inanılmaz təklif

media-hightechnic-468x90

666UKoreya Xalq Demokratik Respublikasının hökuməti Cənubi Koreyaya barışıq və birlik üçün nəzərdə tutulan bir sıra qarşılıqlı tədbirlərin keçirilməsini təklif edib.

Bu məlumatı Şimali Koreya mətbuatı yayıb.

“Şimali və Cənubi Koreya koreyalıların ümumi maraqlarını əks etdirərək ölkənin yenidən birləşdirilməsi ilə bağlı konkret təkliflər irəli sürməlidir”, – deyə sənəddə qeyd olunub.

Pxenyan iki ölkənin birləşməsini federasiya prinsipləri əsasında həyata keçirilməli olduğunu deyib. Koreya Xalq Demokratik Respublikasının orqanları Şimal və Cənub arasında əlaqələrin yaxşılaşdırılması üçün ilk növbədə əlverişli atmosfer yaratmağı, qarşıdurma və düşmənçilikdən əl çəkmələrini, həmçinin xarici qüvvələrin asılılığından imtina etməyi təklif edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600