!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sinqapurdakı çimərlik güləşində Azərbaycanı onlar təmsil edəcəklər

!Reklam – Yazi

Çimərlik güləşi üzrə Azərbaycan millisinin iyunun 10-da Sinqapurda start götürəcək Dünya Seriyasının 2-ci mərhələsi üçün heyəti açıqlanıb.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, 2 gün davam edəcək yarışda yığmanın 3 üzvü – Rübail İbrahimli (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) qüvvəsini sınayacaqlar.

İyunun 10-da güləşçilər öz qruplarında mübarizə aparacaqlar. Növbəti gün isə qrup mərhələsinin son turu, pley-off görüşləri və medallar uğrunda qarşılaşmalar baş tutacaq.

Qeyd edək ki, ilk görüşlər Bakı vaxtı ilə saat 06:00-da başlayacaq. Həlledici qarşılaşmalar isə iyunun 11-də saat 12:30-da start götürəcək.

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv