!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siqaret aludəçisinə çevrilən QADINLAR: Sayları niyə sürətlə ARTIR? – Ekspertdən SOS SİQNALI

!Reklam – Yazi

“Siqaret, spirtli içki və digər zərərli vərdişlər, şübhəsiz ki, genefonda, reproduktiv sağlamlığa, demoqrafik göstəricilərə və ümumiyyətlə sağlam cəmiyyətə mənfi təsir göstərən amillərdən biridir”.

Bunu Azərbaycanda siqaret çəkən qadınların sayının durmadan artmasının cəmiyyətə mümkün təhlükəsini şərh edərkən sosioloq Üzeyir Şəfiyev Yenicag.az-a açıqlamasında deyib.
O, qadının siqaret çəkərək tək özünü deyil, bətnində daşıya biləcək körpəsini və gələcək cəmiyyəti təhlükə altına qoyduğunu bildirib:

“Ənənəvi cəmiyyətimizdə qadınların zərərli vərdişlərə meyli çox az idi. İndi qlobal dünyada yaşayırıq. Əlaqələr genişlənib. Həm insanların Avropa və digər ölkədən kənar yerlərə gediş-gəliş saylarının çoxlaması, həm də əcnəbi seriallarda qadınların zərərli vərdişləri qəbul etmələrinə normal baxılması belə xoşagəlməz hallara səbəb olur. Baxsaq, görərik ki, qadınların təkcə siqaretə deyil, həmçinin spirtli içkilərə də meyli artıb. Onlar sanki bu gün cəmiyyətdə serial həyatını yaşayırlar. Yəni serialda gördüklərini öz həyatlarına tətbiq edirlər.

Qadınlar bir növ sərbəst həyat yaşamağı zərərli vərdişlərdə görürlər. Eyni zamanda əcnəbilərin Azərbaycana daha çox gəlməsi də bu amilə təsir edən əsas məsələlərdən biridir. Qadınlar əcnəbilərin sərbəst siqaret çəkməsini görüb bunu öz həyatlarına tətbiq edirlər.

Artıq Azərbaycanda ənənəvi stereotiplər aşılıb. Ayrı yerlərdə olmalarından asılı olmayaraq insanlar sanki eyni cür yaşayırlar. Siqaret, spirtli içki və digər zərərli vərdişlər, şübhəsiz ki, genefonda, reproduktiv sağlamlığa, demoqrafik göstəricilərə və ümumiyyətlə, sağlam cəmiyyətə mənfi təsir göstərən amillərdən biridir. Zərərli vasitələrdən istifadə halları genişlənərsə, adiləşərsə, sosial və tibbi fəsadlara yol aça bilər. Bu, əhalinin təbii artımına və yeni doğulan körpələrin sağlamlığına ciddi şəkildə mənfi təsir göstərə bilər.

Zərərli vərdişlərdən, xüsusilə də siqaretdən istifadənin qarşısını almaq üçün örnək ailələr, xanımlar müxtəlif sosial çarxlar vasitəsilə cəmiyyətə çağırışlar etməlidir. Eyni zamanda etibarlı, güvən qazanmış həkimləri efirlərə dəvət edilib, zərərli vərdişlərin qadınlara ikiqat fəsadlarından danışmalıdırlar. Həmçinin ailələrdə, orta və ali təhsil müəssisələrində bu istiqamətdə maarifləndirmə işləri aparmaq lazımdır.

Qadın siqaret çəkərək tək özünü deyil, bətnində daşıya biləcək körpəsini və gələcək cəmiyyəti təhlükə altına qoyur”.

Sadiq Cavadov

www.yenicag.az

426
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv