!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Şirinlik", qır-qızıl və pul: Müəllimlərə verilən rüşvətlərin SONU OLACAQ? - AÇIQLAMA

!Reklam – Yazi

Ötən gün məktəblərdən yayılan videolar sosial şəbəkələrdə gündəm olub. Belə ki, valideynlər müəllimlərə qızıl qolbaq, sırğa və üzük hədiyyə edib. Həmin görüntülər əhali tərəfindən birmənalı olaraq xoş qarşılanmayıb. Ümumiyyətlə, müəllimlərə hədiyyə, qızıl, pul və s. “şirinlik”lərin verilməsi illərdir müzakirə edilsə də, hələ ortada bir nəticə yoxdur. 

Düşünün ki, biz belə hadisələri sosial şəbəkələrdə görürük, bəs görmədiklərimiz? Artıq hansı addım atılmalıdır ki, belə hallar kütləviləşməsin və qarşısı alınsın? Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, müəllimlər etik qanunlarla tanış edilməlidir:“Belə hadisələr qanun pozuntusudur. Müəllimlərdən yazılı öhdəlik tələb olunmalıdır. Müəllim imkan verməməlidir ki, onun vəzifə funksiyasını yerinə yetirməsinə kimsə mane olsun. İstənilən halda, davranış qaydaları pozulub. Araşdırmaq lazımdır. Məktəblərdə hansı işlər görülür? Direktorlar nə edir? Məktəblərə nəzarət edən təhsil orqanlarındakı məsləhətçilər nə tədbir görür? Sistemli yanaşmaq lazımdır. Nizamnamə tərtib olunmalıdır. Və əgər kimsə qaydalara tabe olmursa, əmək müqaviləsinə xitam verilməlidir. Bu kimi halların sayı hədsiz çoxdur. Biz sadəcə ictimailəşdiriləndə görürük. Bəs digərləri? Elm və Təhsil Nazirliyi üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Təəssüflər olsun ki, bizdə məktəb sahəsinə baxan təhsil işçiləri çox azdır. Bu da belə halların çoxalmasına səbəb olur”.

Şahanə Paşa

www.yenicag.az

381
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv