Siyasilər hansı yarışları izləyəcək? – Avropa oyunları

media-hightechnic-468x90

36526Mirmahmud Mirəlioğlu: “Əlahiddə olaraq, yarışları canlı izləmək planım yoxdur”

Yusif Bağırzadə: “Güləş növü üzrə yarışları izləyəcəyəm”

Araz Əlizadə: “Turnirdə futbol yarışı keçirilsəydi, onu izləməyə gedərdim”

Əli Əliyev: “Su idman növləri və güləş yarışlarına baxmağa gedəcəyəm”

İqbal Ağazadə: “Çalışacağam ki, imkan daxilində çoxsaylı yarış növlərini izləyə bilim”

Sabir Rüstəmxanlı: “İmkan olsa güləş yarışlarını canlı izləməyə gedərdim”

Artıq I Avropa Oyunlarına start verildi. Belə möhtəşəm idman yarışları adətən geniş əhali kütləsinin, o cümlədən siyasətçilərin də marağına səbəb olur.

Görəsən, Azərbaycanda fəaliyyət göstərən siyasi partiya liderləri 16 gün davam edəcək bu idman tədbirində hər hansı bir yarışı canlı izləmək üçün stadionlara gedəcəkmi?

KXCP sədri Mirmahmud Mirəlioğlu partiya tədbirlərini əsas gətirərək, sözügedən yarışları izləmək imkanına malik olmayacağını bildirdi: “Hazırda şəhərdə bir sıra qadağalar var, şəhərə giriş belə qadağan olunub. Bundan əlavə partiyamızın bu ərəfədə bir sıra konfransları olacaq. Həm də qurultaya hazırlaşırıq. Bu səbəbdən də keçiriləcək Avropa Oyunları yarışlarında iştirak etmək üçün hacan və nə mümkün olacaqsa, onu edəcəm. Amma əlahiddə olaraq, yarışları canlı izləmək kimi planım yoxdur. Belə bir planım olmadığından hansı idman növü üzrə yarışlara getmək niyyətimi də indidən söyləməkdə çətinlik çəkirəm. Vaxtıma uyğun gələn məqamda istənilən yarışı izləməyə çalışacağam”.

AMİP sədri Yusif Bağırzadə: “Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasiminə qatılacağam. İstərdim ki, bu oyunlarda Azərbaycan idmançıları yüksək nailiyyətlər əldə etsin. Çünki, bu halda həm də Azərbaycan himninin orada səsləndirəcək, bayrağımız dalğalanacaq. Açılış mərasimindən savayı bəzi yarışlara da tamaşa etmək fikrindəyəm. Gəncədən olduğumdan güləş növünə xüsusi maraq göstərirəm. Ona görə də çalışacağam ki, güləş növü üzrə keçirilən yarışları canlı izləyim”.

ASDP sədri Araz Əlizadə futbola maraq göstərdiyindən, həmin idman növü üzrə yarışlara baxmaq istədiyini, ancaq futbol yarışının turnirə salınmadığından təəssüfləndiyini dedi: “Oyunların açışlış mərasiminə gedəcəyəm. Yarışları canlı izləməyə gəldikdə, futbol azarkeşiyəm. Amma Avropa Oyunlarında bu növ üzrə yarışlara yer verilməyib. Ancaq çimərlik futboludur, onu da futbol hesab etmirəm”.

VİP sədri Əli Əliyev bu oyunlar dönəmində ancaq su idman növləri və güləş yarışlarına baxmaq istədiyini bildirdi: “Böyük məmuniyyətlə, bu iki idman növlərini izləmək istərdim, planımızda da var”.

Millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə yarışları izləməyə gedəcəyini bildirsə də, bu zaman konkret hansı idman növünə üstünlük verəcəyini demədi: “Bu gün yarışların açılış mərasimində olacağam, sonrasına isə baxacam. Çalışacağam ki, imkan daxilində çoxsaylı yarış növlərini izləyə bilim”.

 

Millət vəkili VHP sədri Sabir Rüstəmxanlı güləş yarışlarına baxmağa üstünlük verdiyini söylədi: “İmkan olsa güləş yarışlarını canlı izləməyə gedərdim, amma hələ dəqiq bilmirəm. Yəqin ki, yarışlara televiziyada baxacağam”.

 

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600