Siyavuş Novruzov üçün tarix dərsi: Ramiz Mehdiyevin toyu bitib, istintaqı gedir…

media-hightechnic-468x90

Bu gün Milli Məclisdə deputat Tənzilə Rüstəmxanlı ilə Siyavuş Novruzov arasında gərginlik yaşanıb. 

Yenicag.az məsələ ilə bağlı T. Rüstəmxanlının geniş yazısını təqdim edir:

“Xalqımızı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edirəm.

Buradan başda Ulu Öndər Heydər Əliyev olmaqla, Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini sayğı ilə anıram. Onların üzərimizdə haqqı çox böyükdür”. Bu fikirlər nədənsə Siyavuş Novruzovun xoşuna gəlməyib və o cavab çıxışında “Müstəqilliyə parlamentdə 271 nəfər səs verib. O 43 nəfər özünü istiqlal yolunda görüb və referendum əleyhinə səs verib. Müstəqillik başqa, referendum əleyhinə başqa şeydir”, – deyə tarixi kəşf axtarışına çıxıb.

Bu ilk hadisə olsaydı, mövzuya toxunmamaq da olardı. Amma bu ilk dəfə deyil ki, “millət vəkili” adı daşıyan şəxs millətin istiqlal və qürur tarixini görməzdən gəlir, yaxud bu tarixi unutdurmaq bataqlığında çabalayır. Bu şəxslərin – Azərbaycanda İstiqlal və Türkçülük davasına qarşı çıxanların cavabı hər zaman verilib. Lap elə bu günlərdə Xalq Şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının bəlli kəsimin illərcə qarşısında müti olduğu Ramiz Mehdiyevə 30 il öncə verdiyi cavab trend oldu. Sabir bəy elə bu parlamentdə Xalq Cumhuriyyətinə, Milli Azadlıq Hərəkatına qarşı olan çıxışları da zamanında susdurub. Sabir bəy, sözün uca mənasında MİLLƏTİNƏ VƏKİL statusundadır, deputat deyil, amma indi də tarix dərsi yenə Rüstəmxanlıdan gəldi: Tənzilə Rüstəmxanlıdan.

“Buna cavab verməsəm, olmaz” etirazı ilə Novruzova və onun kimilərə tarixi anladıb. Tarix isə o qədər uzaqda deyil və həqiqət ap-açıq ortadadır: 1991-ci ilin martında keçmiş SSRİ-nin bütün respublikalarında Sovet İttifaqının saxlanılması ilə bağlı referendum keçirilib, o cümlədən də Azərbaycanda. Məqsəd bu idi: SSRİ qalsın və yaxud qalmasın? Bu referendumun bir variantı bu idi ki, sovet hökuməti qalsın, Azərbaycan da onun tərkibində yaşasın. İkinci variant o idi ki, sovet hökuməti dağılsın, Azərbaycan müstəqil olsun.

Həmin il martın 7-də, səsvermə günündə Azərbaycanın keçmiş Ali Sovetinin üzvü olan 350 deputatdan yalnız 43 nəfəri SSRİ-nin qalmasının əleyhinə, Azərbaycanın müstəqliyininin lehinə səs verib. Və onlar tarixə “İstiqlalçı deputatlar” adı ilə düşüblər. Yerə qalan 300-dək deputat biz “SSRİ-ni istəyirik” fikrini səsləndiriblər. O zamanlar Xeyriyyə Cəmiyyətində vaxt öldürən Siyavuş Novruzov bunu bilməmiş deyil. O həm də onu bilməmiş deyil ki, həmin 43 istiqlalçı deputatdan biri də Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev idi. Digər 300 deputat isə o vaxt Heydər Əliyev haqqında araşdırma başlatmaq təşəbbüsündə olan dəstəyə aid idi. Və bilirsizmi həqiqətin ən böyü nədir? Müstəqillik dönəmində vəzifə və şan şöhrət sahibi olanlar da həmin o SSRİ aşiqləri, Heydər Əliyev əleyhidarları oldu: Ramiz Mehdiyev komandası olaraq. İndi cənab Novruzovu narahat edən nədir: Yoxsa pandemiya qaydalarını pozaraq iştirak etdiyi toy xatirəsinin bu günkü acı təəssüratıdır deputatı yandıran? Amma “bəlkə də qaytardılar” xülyasıyla yaşamağa dəyməz. Elə son parlament iclasındakı mübahisəyə spiker səviyyəsində reaksiya artıq  saxta medalların yox, gerçək dövlətçi və istiqlalçı şəxslərin sözünün gücünü göstərdi!

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa