Şaraa Berlin səfərini ləğv etdi, Merts dəvətini yenilədi

media-hightechnic-468x90

Almaniya Kansleri Fridrix Merts bəyan edib ki, onun Suriya Prezidenti Əhməd Əl Şaraaya Berlini ziyarət etmək üçün etdiyi dəvət qüvvədə qalır.

Yenicag.az xəbər verir ki, bunu Merts Berlində keçirdiyi mətbuat konfransında deyib.

“Sizə məlumdur ki, Suriyanın Prezidenti Əl Şaraa ölkədəki daxili siyasi vəziyyətə görə bu gün və sabah üçün nəzərdə tutulmuş Berlin səfərini ləğv edib. Mənim Suriyanın Prezidentinə Berlini ziyarət etmək üçün dəvətim dünənki, yəqin ki, zəruri olan səfərin ləğvi səbəbindən geri götürülməyib. O, qüvvədə qalır”, – kansler vurğulayıb.

Eyni zamanda, o qeyd edib ki, Almaniya Suriyada barışıq prosesinin bütövlükdə dəstəklənməsini istəyir. Mertsin sözlərinə görə, Almaniyada hələ də təxminən bir milyon suriyalı qaçqın var və onların çoxu vətənə qayıtmaq imkanını gözləyir.

“Əgər şərtlər yerinə yetirilərsə, onlar geri dönəcəklər. Buna görə də biz ölkədə vəziyyətin sabitləşməsində, sülhün əldə olunmasında və müxtəlif əhali qruplarının harmonik birgəyaşayışının təmin edilməsində maraqlıyıq”, – deyə o qeyd edib.

Xatırladaq ki, daha əvvəl Şaraa 19–20 yanvar tarixlərində Almaniyaya nəzərdə tutulan səfərini ləğv edib. 20 yanvarda onun Almaniya Prezidenti və kanslerlə danışıqları, həmçinin Almaniyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşü planlaşdırılmışdı. Səfərin ləğv edilməsinin səbəbi Suriyada hökumət qoşunları ilə “Suriya Demokratik Qüvvələri” arasında şiddətli döyüşlər göstərilir.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa