Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Siyavuş Novruzovdan Rusiyadakı milyonçularımıza etiraz: "Anti-Azərbaycan qüvvələrini maliyyələşdirirlər"

Reklam: Sinerji Pro

Milli Məclisin bu gün keçirilən plenar iclasında Rusiyadakı azərbaycanlı iş adamlarının dövlət maraqları üçün hələ heç bir addım atmadıqları qeyd olunub.

Yenicag.az xəbər verir ki, plenar iclasda çıxış edən deputat Siyavuş Novruzov Rusiyadakı Azərbaycan diasporasının passivliyindən gileylənib.

Siyavuş Novruzovun sözlərinə görə, Rusiyadakı imkanlı azərbaycanlılar həmin ölkənin siyasi, iqtisadi, mədəni dairələri ilə normal münasibət qurub, Azərbaycanın maraqları üçün iş görə bilərdilər:

“Axı hamı bilir ki, Rusiya Dövlət Dumasında Zatulin bir nəfərdir. Zatulindən başqa görün neçə deputat var. Ancaq təəssüf ki, Rusiyadakı Azərbaycan səfirliyi, Heydər Əliyev Fondu və gənclər təşkilatından başqa heç bir qurum Azərbaycan maraqları üçün iş görmür. Məsələn, iş adamlarının reytinqlərinə baxanda görürük ki, nə qədər azərbaycanlı milyonçu, milyarder var. Ancaq təəssüf ki, biz onların heç birindən Azərbaycan maraqları üçün fəaliyyət görmürük. Unudurlar ki, onların pul qazanmaq imkanları məhz Azərbaycan dövlətinin, prezidentinin Rusiya ilə qurduğu münasibətlər sayəsində mümkün olub. Əksinə Rusiyadakı milyarderlər klubu Azərbaycanın əleyhinə fəaliyyət göstərən qüvvələrlə əməkdaşlıq edir, onlara maliyyə ayırırlar. Hesab edirəm ki, bu məsələyə diqqət yetirilməlidir”.

Siyavuş Novruzov qeyd edib ki, Rusiyada yaşayan imkanlı azərbaycanlıları Azərbaycan maraqları üçün iş görməyə vadar etmək lazımdır.

www.yenicag.az

3953
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100