Slovakiya prezidenti Peter Pelleqrini fransız həmkarı Emmanuel Makronu tənqid edərək, onun hazırkı səylərinin Avropa İttifaqını “parçaladığını” bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə “Aktuality” portalı məlumat yayıb.
Portal yazır ki, Pelleqrini Makronun təşəbbüslərini onun ABŞ və Rusiya nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında son görüşündən sonra Parisdə növbəti bir sammit çağırdığı gün tənqid edib:
“O, Avropa ölkələrinin, xüsusilə ABŞ-dən sərt bəyanatlar eşidərək, sülh danışıqlarının ilk mərhələsinin ABŞ və Rusiya arasında, hətta Ukraynanın iştirak etmədən keçirilməsini müşahidə etdiyini və bunun Avropa ölkələrini birləşməyə çağırdığını vurğulayıb”.
Pelleqrini Makronun bu yanaşmasının Avropa İttifaqını parçaladığını və bir çox ölkələrin bu cür sammitlərdə iştirak etmədiyini bildirib. Onun sözlərinə görə, Macarıstan və Slovakiya kimi münaqişə ölkələri bu sammitlərə dəvət edilməyib. Prezident həm də birbaşa münaqişə ölkəsi ilə sərhədi olan dövlətlərin bu cür mühüm görüşlərə dəvət olunmamasını anlaya bilmədiyini vurğulayıb.
Xatırladaq ki, 17 fevralda keçirilən təcili sammitdə Avropa İttifaqının və Böyük Britaniyanın ən böyük dövlətlərinin liderləri, ümumilikdə 8 ölkə, həmçinin NATO-nun baş katibi və Avropa İttifaqı rəhbərliyi iştirak edib. Bir çox ölkə isə sammitə dəvət olunmadığı üçün məyusluqlarını bildirib.
Bundan başqa, Fransa prezidenti Emmanuel Makron ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun Avropanın müharibə məsələsində danışıqlarda iştirak etmədiyini vurğulamasından sonra bu sammiti təşkil edib. Sammitin yekunlarına əsasən, ölkələr Ukraynanı dəstəkləmək və müdafiə sahəsinə investisiya qoymaq barədə razılığa gəliblər. Fransa, 19 fevralda Ukrayna və Avropa təhlükəsizliyini müzakirə etmək məqsədilə ikinci onlayn sammit təşkil edəcək.
Rafi Müslümov
www.yenicag.az