Smartfon və planşetlər kökəldir

media-hightechnic-468x90

24549217Düzdür, insanda maddələr mübadiləsi pozulduqda kökəlmə baş verir. Ancaq bu dəfə kökəlməyə səbəb kimi smartfon və planşetlərdən çox istifadə etmək məsələsi gündəmdədir. Bəs bu necə baş verir? Bu xəbərimizdə həmin məsələyə mütəxəssislərlə birgə aydınlıq gətirəcəyik.

Smartfondan istifadə etməklə acmağın gerçək olduğunu Birləşmiş Ştatların Çikaqo universitetinin alimləri sübuta yetiriblər.

Smartfon və planşetlərdən istifadə edənlər çox tez-tez acdıqlarına görə bu insanlarda piylənməyə meyl daha yüksək olurmuş. Buna səbəb isə həmin texnologiyaların buraxdığı və insanı acdıran şüadır.

Mütəxəssis Rövşən Əkbərov : “Məhz smartfonların mobil rabitə bazası ilə əlaqələri daha çoxdur.Həmdə belə telefonların funksiyaları çoxdur buda mobil rabitə bazası ilə əlaqələri artırır.Bunun nəticəsində də insanlar şüalanmaya daha çox məruz qalırlar”.

Ən təkmil telefonlarda aclığa meyl yaratma daha yüksək olur.

Terapevt Hidayət Məmmədzadə: “Bu mobil telefonların təkmilləşmə sürəti ilə onların mənfi Təsirlərinin yüksəlməsi də artır. Bu xüsusi ilə yeniyetmə və gənclərdə ciddi fəsadlar yarada bilər. Hətta telefonların bəzi mənfi xüsusiyyətləri hələ də araşdırma və mübahisə mövzusudur”

Dietoloqlar da bu cür cihazlardan çox istifadə edən insanlarda aclıq hormonunun daim aktiv olduğunu deyirlər.

Dietoloq Ləman Süleymanova: “Belə insanlara hətta canavar iştahalı da demək mümkündür. Onlar bir oturumda hətta iki yeməyin həcmi qədər yemək yeyirlər. Beyin onlara tabe olmur və nəticədə insanlar kökəlir. Mədə-bağırsaq xəstəliklərindən özlərini sigortalaya bilmirlər”

Vücudun axşam saatlarında daha zəif olduğunu deyən mütəxəssislər axşam saat 8-dən sonra smartfon və planşetdən istifadə etməməyi məsləhət görürlər. Ancaq bəzi insanların işi bunu tələb edirsə ekspertlər iki saatdan bir yarım saatlıq fasilə verməyin mütləq olduğu fikrindədirlər.

(xezerxeber.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600