SOCAR-ın yeni loqosu

media-hightechnic-468x90

15655Azərbaycan neftçilərinin peşə bayramı günündə Heydər Əliyev Mərkəzində SOCAR-ın yeni loqotipinin təqdimat mərasimi keçirilib.

Mərasimdə yeni loqotip nümayiş etdirilib, bununla əlaqədar hazırlanmış film göstərilib. Bildirilib ki, “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 20 ildə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, hazırda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyasının icrası prosesində ölkəmizin neft-qaz sənayesi və onun avanqard qüvvəsi olan SOCAR şərəfli bir yol keçmib. Bu şirkət indiyədək Azərbaycanda müxtəlif adlar altında fəaliyyət göstərmiş onlarla neft-qaz müəssisəsinin tarixi varisidir. Dövlət Neft Şirkətinin inkişaf yolu onun ticarət nişanlarının, loqotiplərinin timsalında da öz parlaq təcəssümünü tapıb.

Yeni loqotip də Azərbaycanın dövlət bayrağının rənglərini əks etdirir. Göy, qırmızı, yaşıl rəngli alov dilləri simvolu ilə bu loqotip Azərbaycanı beynəlxalq arenada müasir, sevilən, güvənilən bir ölkə kimi təbliğ etməyə daha geniş imkan yaradacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600