Soçi zirvəsi bu gün başlayır

Türkiyə və Rusiyanın təşəbbüsü ilə Suriya Milli Dialoq Konqresi bu gün Soçidə toplaşacaq.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, iki gün davam edəcək zirvə toplantısında 1600 nümayəndə iştirak edəcək. Suriya müxalifətinin dəvət olunmadığı Soçi görüşünə Misir, İordaniya, İraq, Qazaxıstan, Livan və Səudiyyə Ərəbistanından müşahidəçilər qatılacaq. İclasda BMT-ni Suriya üzrə xüsusi nümayəndə – Staffan de Mistura təmsil edəcək.

Qeyd edək ki, Rusiya zirvə toplantısına ABŞ-ın da dəvət edildiyini açıqlayıb, lakin iclasa rəsmi Vaşinqtondan nümayəndə göndərilib-göndərilməyəcəyi hələlik məlum deyil.

COP29