İstanbul polisi ötən il dekabrın 22-də bu şəhərdə qətlə yetirilmiş “qanuni oğru” Dato Pankisskinin qatillərinin izinə düşüb.
Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, təhqiqat nəticəsində Pankisskinin erməni kriminalları tərəfindən öldürüldüyü müəyyən edilib.
Məlumata görə, Pankisskinin qətlinnin sifarişçiləri qismində Zap Leninakanski kimi tanınan erməni “qanuni oğru”, Şakro Molodoyun qohumu, 2011-ci ildə Oniani əleyhinə çağırışa görə az qala öldürülən Dato Ozmanovun göstərişi ilə hərəkət edən Andranik Soqoyanın adı hallanır.
Bildirilir ki, Pankisskinin də mənsub olduğu Oniani ilə Canqveladze tərəfdarları ilə Sap arasında yaşanan konfliktdən sonra Alo, Samo, Afo və Konço kimi erməni “qanuni oğrular” birincilərin tərəfinə keçdilər. Onlar Ermənistan hakimiyyəti ilə əməkdaşlıqdan imtina etdikdən sonra Türkiyəyə deportasiya olunmuşdular. Sap isə onlardan fərqli olaraq, hökumətlə əməkdaşlığa etiraz etməmişdi.
Datonun etnik çeçen olduğu nəzərə alınaraq, onun ölümündə azərbaycanlı “qanuni oğru” Lotu Qulinin əlinin olduğunu dair şayiələr də dolaşırdı. O zaman Quli ilə çeçen kriminalları, xüsusilə, Əziz Batukayev arasında ciddi qarşıdurma yaranmışdı. Ancaq Ozmanovdan fərqli olaraq, Qulinin Datonu öldürmək üçün motivi yox idi.
Quli ona sui-qəsd hazırlayan azərbaycanlılara, o cümlədən Rövşən Lənkəranskinin qardaşı Namiq və kriminal avtoritet Hacı Beyləqanskiyə qarşı ifadə verməkdən imtina etdikdən sonra onları azadlığa buraxmışdılar. Onlar Qulinin məskunlaşdığı evin planını oranı satın almaq niyyəti ilə əldə etdiklərini bildirmişdilər.
Gözlənildiyi kimi, Namiqin azadlığa buraxılmasından sonra Qulinin aradan götürülməsi planının tərəfdarları fəallaşıblar.
Qeyd olunur ki, ötən həftə Ozmanovun vasitəçiliyi ilə Zap ilə Lənkəranskinin əmisi oğlu Zaur Əhmədov arasında görüş keçirilib və Qulidən qanlı qisas alınması yolları müzakirə edilib. Belə düşünülür ki, Pankisskinin uğurla aradan götürülməsi Zapın “Quli sifarişi” almasına səbəb olub.
www.yenicag.az