ŞOK STATİSTİKA: 79 qadın qətlə yetirilib - VİDEO

media-hightechnic-468x90

2022-ci il ərzində qəsdən adam öldürmə hadisələri nəticəsində 79 qadın zərər çəkib.

Yenicag.az xəbər verir ki, bu barədə qadınlara qarşı zorakılıq halları ilə bağlı Baş Prokurorluğun ictimaiyyətə video müraciətində bildirilib.

Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru, birinci dərəcəli hüquqşünas Aynur Əfəndiyeva qadınlara qarşı psixi və fiziki zorakılığın sağlam cəmiyyət üçün təhdid olaraq qaldığını deyib:

“Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır. Susaraq cinayətə ortaq olmayın! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyiniz tövsiyə olunur”, – deyə müraciətdə qeyd olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600