Söküntü işlərinə artıq Gəncədə də başlanıldı-Foto

media-hightechnic-468x90

31eec50641da31c8c378749acba430f2Azərbaycanın Gəncə şəhərində yanğına həssas materiallarla üzlənən binaların fasadlarından işıqlandırma sistemləri sökülür.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu gün səhərdən başlayaraq, Gəncənin Heydər Əliyev prospektində yerləşən 9 mərtəbəli yaşayış binasının fasadındakı işıqlandırma sisteminin xüsusi texnika vasitəsi ilə sökülməsinə başlanılıb.

Hələlik şəhərdə yerləşən yaşayış binalarının fasadına vurulan yanğına həssas üzlüklərin sökülməsinə başlanılmayıb. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan Dövlət Komissiyası yanğına həssas üzlüklərin sökülməsi ilə bağlı qərar verərsə, Gəncədə də söküntü işlərinə start veriləcək.

Qeyd edək ki, Gəncənin Heydər Əliyev, Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərində yanğına həssas üzlüklər vurulan yaşayış binaları var.

Xatırladaq ki, mayın 19-da Bakıda yanğına həssas üzlüklü 16 mərtəbəli binada 15 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600