Son 30 ilin ən güclü qasırğası

media-hightechnic-468x90

1417200793899957619_750x500Avstraliyanın Brisben şəhəri son 30 ilin ən güclü qasırğası ilə üzləşib. Şiddətli leysan və dolu, sürəti saatda 140 kilometrə çatan külək ciddi fəsadlar törədib.

Güclü külək evlərin damlarını qoparıb, çoxmərtəbəli binaların şüşələrini sındırıb. Brisbenə yarım saat ərzində təxminən bir aylıq yağıntı normasının düşdüyü, küçələrin su altında qaldığı və nəticədə ictimai nəqliyyatın fəaliyyətinin dayandığı bildirilir. Elektrik xətlərinin qırılması 90 min evi işıqsız qoyub, məktəblər və uşaq bağçaları bağlanılıb.

Hazırda qasırğanın nəticələrini aradan qaldırılmasına ordu qüvvələri cəlb edilib.

Hökumətin hesablamasına görə, şəhərin bərpasına 100 milyon dollardan çox vəsait lazım gələ bilər.

(azertag.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600