Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.
Yenicag.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.
Hadisəyə İsgəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsi səbəb olub.
R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.
*** 09:03
Meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törədib.
1984-cü il təvəllüdlü R.Əmirov İsgəndər adlı şəxsi (soyadı dəqiqləşdirilir – red) bıçaqla öldürüb.
R.Əmirov şübhəli şəxs qismində saxlanılıb.
Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.
İddiaya görə, öldürülən şəxs Rəşadın qonşusudur.
Onun Rəşada söyüş söyməsi səbəbindən bıçaqlandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az