Bu gün Milli Məclisin payız sessiyasının ilk iclasıdır.
Uzun müddətdir ictimai müzakirəyə səbəb olan deputat Rafael Cəbrayılovun 600 min ABŞ dolları müqabilində deputat vəsiqəsini yazılı iltizamla girov qoyması, o cümlədən AG Bankdan külli miqdarda kredit götürməsi və onu ödəyə bilməməsinə MM-də münasibət bildiriləcəyi gözlənilir.
***
R.Cəbrayılovun AG Bankdan külli miqdarda kredit götürməsinin onun qanunvericiliklə qadağan olduğu halda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu təsdiqləməsi, həmçinin deputat vəsiqəsini girov qoymaqla millət vəkili nüfuzunu zədələməsi səbəbindən istefa verməsi barədə ərizəsi artıq təqdim edilib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin Komitə sədri Əli Hüseynli açıqlayıb. Onun sözlərinə görə, Cəbrayılovun istefa ərizəsi Mərkəzi Seçki Komissiyasına (MSK) göndəriləcək.
www.yenicag.az