SON DƏQİQƏ! Türkiyə ordusunun 2 əsgəri şəhid oldu

Türkiyə ordusunun 2 əsgəri şəhid olub, 2 nəfər isə yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Tükiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində məlumat verilib.

Məlumatda vurğulanıb ki, aviazərbələr nəticəsində terrorçuların 114 rejim ünsürü, 1 Hava Hücumundan Müdafiə (HHM) raket sistemi, 1 “Zu-23” zenit artilleriya qurğusu, 1 tank əleyhinə sistem, 3 tank, 1 sursat avtomobili, 2 zirehli maşın, 3 tank ələ keçirilib.

“Həyatını itirən əziz şəhidlərimizə, ailələrinə və millətimizə başsağlığı və səbr diləyirik, yaralanan heyətimizə təcili şəfa diləyirik. Şəhidlərimizin qanı indiyə kimi yerdə qalmadı və bundan sonra da qalmayacaq!” – deyə qeyd edilib.