Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Говорит Москва” məlumat yayıb.
Qeyd edək ki, Qurbanqulu Berdiməhəmmədov 29 iyun 1957-ci ildə anadan olub. O, 1995—1997 illərdə Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin Stomatologiya mərkəzinin müdiri vəzifəsində çalışıb. 1997-ci ildə isə ölkənin Səhiyyə və Tibb Sənayesi naziri təyin edilib. 2001-ci ildə isə Nazirlər Komitəsinin sədrinin müavini olub.
Türkmənistanın birinci Prezidenti Saparmurat Niyazovun vəfatından sonra Dövlət Şurasının qərarı ilə Prezidentin səlahiyyətlərini icra edib.
11 fevral 2007-ci il tarixində keçirilmiş prezident seçkilərində 89,23 faiz səslə qalib olub. O, 2017-ci ildə keçirilən prezident seçkilərində seçicilərin 97,69 faizinin səsini toplayaraq yenidən prezident seçilib./Qafqazinfo/
www.yenicag.az