!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

SON DƏQİQƏ! Yüksək rütbəli komandir belə öldürüldü - Təhlükəli mesaj / TƏFƏRRÜAT - FOTOLAR 14+

!Reklam – Yazi

İran İnqilab Keşikçiləri Ordusunun zabiti, polkovnik Həsən Sayad Xodayari Tehranda sui-qəsdə uğrayıb.

Yenicag.az xəbər verir ki, polkovnik Tehranın Mücahidini-İslam küçəsindəki evinin qarşısında silahlı hücum nəticəsində qətlə yetirilib.

İnqilab Keşikçiləri Ordusunun yaydığı açıqlamada polkovnikin maşınına yaxınlaşan 2 motosikletçinin ona 5 güllə atdığı və güllələrdən birinin başına dəyməsi nəticəsində sükan arxasında öldüyü bildirilib.

İranlı polkovnik Xodayari Suriya savaşında “Türbə qoruyucusu” ünvanı ilə xidmət edirdi.

İranın xaricdəki hərbi əməliyyatlarına rəhbərlik edən qurumun yüksək rütbəli zabitinin evinin qapısının önündə öldürülməsi simvolik anlam daşıyır. Sanki bu sui-qəsdi törədənlər İran rəhbərliyinə, “Siz hətta öz evinizdə də güvəndə deyilsiniz” – mesajını vermək istəyiblər.

Rusiyanın Suriyadan çəkilməsindən sonra bu ölkəyə nəzarət Qüds Qüvvələrinə keçə bilər. Tehranda bugünkü sui-qəsdin məhz belə bir zamanda baş tutması olduqca manidardır.

www.yenicag.az

2209
Ads
www.veteninfo.com
!Reklam – Arxiv