“Bakı, Gəncə şəhərləri və Abşeron rayonun 50-ə yaxın məktəbində monitorinqlər aparılıb”.
Yenicag.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, nəticədə ikinci yarımildən etibarən yuxarı sinif şagirdlərinin dərsə davamiyyətində problemlər müşahidə olunub:
“Bununla bağlı sinif rəhbərlərinə xəbərdarlıq edilib. Artıq bu istiqamətdə müsbətə doğru dəyişiklik var”./oxu.az
www.yenicag.az