Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Son illərin ən böyük etiraz aksiyası keçirilir

Fransada dünəndən başlayan və pensiya islahatlarına qarşı olan ümummilli tətildə 100-dən artıq şəhərdə 800 mindən çox adam iştirak edib.

Yenicag.az xəbər verir ki, bu barədə Parisdə işıq üzü görən “Le Monde” nəşri məlumat yayıb.

“Bu, həm dövlət, həm də özəl sektorda çox güclü mobillikdir”, – Fransanın ən böyük həmkarlar ittifaqı olan Baş Əmək Konfederasiyasının baş katibi Filipp Martinez deyib.

Şəhərlər üzrə olan məlumatda bildirilir ki, paytaxt Parisdə küçələrə, təxminən, 65 min nəfər çıxıb. Tuluzadakı aksiyalarda 33 min, Marseldə 25 min, Bordoda 20 min, Nantda 19 min, Klermon-Ferranda 15 min, Lill, Ruan, Qrenoblda 12-13 min, Tur, Renn, Brest, Sent-Etyen, Bayonn və Poda azı 10 min, Strasburq, Perpinyan, Limoj, Sent-Nazer və Kanda 9 min nəfər qatılıb.

Nəticədə dünən iqtisadiyyatın bir çox sektorlarında və administrasiyanın müxtəlif səviyyələrində güclü “dayanmalar” olub, nəqliyyatın hərəkəti ciddi şəkildə pozulub.

Qeyd etmək lazımdır ki, fransızların küçələrə çıxmasına səbəb olan islahat çətin əmək şəraiti səbəbindən daha tez təqaüdə çıxmaq və ya artıq ödənişlər almağa imkan verən bir sıra peşə nümayəndələri üçün xüsusi kateqoriyaların aradan qaldırılması üçün hazırlanıb./Report/

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

381
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
Margin

Seçki 2020
MARGIN-BOTTOM