Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

media-hightechnic-468x90

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Yenicag.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 0 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 533 nəfər müalicə olunaraq sağalıb, 9 706 nəfər vəfat edib. 126 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 954, bu günə qədər isə ümumilikdə 6 771 851 test icra olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600