Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Son zəng" qanla bitdi - Məzun sinif yoldaşını bıçaqladı

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

11-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Bayramlı Ramal Rüstəm oğlu bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal yaralı əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə son zəng tədbirindən sonra baş verib. R.Bayramlını sinif yoldaşı, 2004-cü il tüvəllüdlü Zeynallı Orxan Mirtalıb oğlu bıçaqlayıb.

Hadisəni törədən şəxs Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. O, cinayəti törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır./APA/

www.yenicag.az

896
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100