“Bu amillər nəzərə alındıqda hər bir platforma siyasətçilərə istədikləri auditoriyaya mesajlarını çatdırmaq üçün fərqli unikal məkan təqdim edir”.
Yenicag.az xəbər verir ki, bunu sosial medianın siyasətçilər və seçicilərə təsirindən danışan britaniyalı politoloq Meqi Makdonald deyib.
Onun sözlərinə görə, siyasətçilər, yaxud namizədlər bir çox hallarda sosial mediadan yalnız seçicilər yox, həmçinin eyni anda fərqli elit auditoriyalara çatmaq üçün istifadə edirlər.
“Misal üçün “feysbuk” sosial şəbəkəsi digərləri ilə müqayisədə daha yaşlı istifadəçi təbəqəsinə sahibdir.
“TikTok” və “İnstagram” isə tam əksinə, gənc nəslin istifadə etdiyi platformalara çevrilib. Bu amillər nəzərə alındıqda hər bir platforma siyasətçilərə istədikləri auditoriyaya mesajlarını çatdırmaq üçün fərqli unikal məkan təqdim edir.
Lakin nəzərə almaq lazımdır ki, sosial şəbəkə reallıqdan fərqlidir. İnsanlar tərəfindən çoxlu reaksiya gələ, müxtəlif rəylər alına bilər. Ancaq bu həmin insanların səs və yaxud hansısa töhfə verəcəyi demək deyil”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az