Şotlandiyada qədim kral qalası aşkar edildi - FOTO

media-hightechnic-468x90

Şotlandiyanın İslay adasında aparılan genişmiqyaslı arxeoloji layihə çərçivəsində, bir zamanlar bölgəyə hökm edən krallara məxsus olduğu ehtimal olunan qala aşkar edilib.

Yenicag.az xəbər verir ki, arxeoloqlar “Finlaqqan, İslay Arxeologiyası” adlı yeni kitabda Finlaqqan gölündəki iki adada yerləşən, XII–XIII əsrlərə aid, indiyədək məlum olmayan bir qaladan bəhs ediblər.

Qalanın MakDonald Ada Lordlarının taxta çıxdığı yer olduğu düşünülür.

Adalardan birində kralın yaşayış və mühafizə məqsədilə istifadə etdiyi böyük daş qüllə, digər adada isə mətbəxlər, yaşayış evləri və ziyafət salonu olan geniş bir avlu yer alırdı.

Tədqiqatçılar bu tip daş qüllələrin, əsasən, anqlo-fransız zadəganlarına məxsus olduğunu və siyasi nüfuz, var-dövlət və hakim siniflə əlaqənin göstəricisi sayıldığını bildirirlər.

Ərazidəki qazıntılar həmçinin tarixdən öncəki məskunlaşma, qurğuşun mədənçiliyi və Orta əsrlərdən sonrakı yaşayışa dair izləri də üzə çıxarıb.

Kitabın müəllifi Dr. Devid Kaldvell toplanan məlumatların gələcək araşdırmalar üçün əsas olacağına ümid etdiyini vurğulayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa