Sovetlərdən miras qalan “şəxsiyyət” problemi-Ceyhun Bayramlı

media-hightechnic-468x90

10941687_1050823478268538_57307404_nTarix boyu xalqın azadlığı uğrunda çarpışan şəxsiyətlərimiz zaman- zaman bizlərə azadlıq bəxş etmişlər. Xalqın azad olması uğrunda döyüşən Babəkin, Azərbaycanı vahid şəkildə birləşdirən Şah İsmayılın müstəsna xidmətləri danılmazdır.

Lakin maraqlı məsələ Azərbaycanda cəmiyyətində birmənalı qəbul edilən tarixi şəxsiyyətin olmamasıdır. Tez-tez sosial şəbəkələrdə tarixi qəhrəmanların qeyri-obyektiv müzakirəsi aparılır. Bu, bəzən vətəndaşlar arasında mənfi tendensiyala yol açır.
Tədqiqatçı Ceyhun Bayramlı Yenicag.az-a vəziyyəti belə izah edib: “Sovetin əvvəldən qoyduğu konsepsiya belə idi – işğal etdikləri Azərbaycan türkünün istiqlal arzularına xidmət edə bilən bütün tarixi şəxsiyyətləri barədə dezinformasiya mühiti yaradıb onları ziddiyyətli şəxsiyyətlər kimi tarix kitablarına salmaq ki, bu xalq öz qəhrəmanları ilə fəxr edə bilməsin, natamam qalsın. Koroğlunun, Qaçaq Nəbinin sonsuz kimi təqdim edilməsi, Babəkin, Cavanşirin qeyri-müsəlman kimi göstərilməsi, Xətainin guya sünniləri qırması barədə müddəaların tarix elmində yer alması və sair hamısı bu hakim konsepsiyanın iyrənc tərəfidir”.

Kamran/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600