!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sovetski”də köçürmə prosesinin ikinci mərhələsinin detalları açıqlanıb

!Reklam – Yazi

“Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində indiyə qədər 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300-ə yaxın demək olar ki, istifadəyə yararsız hala çatmış yaşayış obyektləri sakinlərlə əldə edilmiş razılığa uyğun olaraq satın alınaraq sökülüb”.

Yenicag.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Köçürmə üzrə İşçi Komissiyasının sədri Səməd İslamov bildirib.

S. İslamov deyib ki, həmin ərazidə yeni yol-nəqliyyat infrastrukturu yaradılıb və ərazinin müasir tələblərə cavab verən, göz oxşayan layihəyə uyğun abadlaşdırılması işlərinə başlanıb: ““Sovetski”nin köçürülməsi hələ SSRİ dövründə paytaxtımız üçün vacib sayılan layihə idi. Bu iri miqyaslı tarixi layihə yalnız müstəqil ölkəmizin iqtisadi inkişaf dövründə dövlət başçısının təşəbbüsü ilə həllini tapdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə icra edilən bu layihə şəhərin mərkəzində on illər boyu qəzalı, yarı uçuq evlərdə yaşayan Yasamal əhalisinin mənzil şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynadı. Cari il avqustun 9-da prezident İlham Əliyev növbəti dəfə rayonumuzun “Sovetski” adlanan ərazisində yeni salınmış yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib, əraziyə baxış keçirib. Dövlət başçısı görülən işlərlə tanış olub və qarşıda görüləcək işlərin istiqamətini müəyyənləşdirərək bununla əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib. Ölkə başçısının verdiyi tapşırığın icrası məqsədilə ötən müddət ərzində tərəfimizdən növbəti mərhələdə köçürülməsi nəzərdə tutulan ərazidə ölçmə və inventarlaşma işləri başa çatdırılıb. Nəticədə Nabat Aşurbəyova (keçmiş Mustafa Sübhi), Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasında 1130, Nəriman Nərimanov prospekti ilə İsmayıl Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasında isə 880, cəmi 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin mövcud olduğu müəyyən edilib”.

Köçürmə Komissiyasının İşçi Qrupunun sədri qeyd edib ki, növbəti köçürüləcək ərazi 14,7 hektar sahəni təşkil edir: “Hazırda tərəfimizdən söküntü və qiymətləndirmə təşkilatlarının müəyyənləşdirilməsi istiqamətində prosedur sənədləşdirmə tədbirləri həyata keçirilir. Yeni ilin ilk ayından növbəti köçürülmə prosesinə start veriləcək. Əminəm ki, ölkə başçısının əhalimizin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində verdiyi bu tapşırıq da Yasamal rayonunda uğurla həyata keçiriləcək”.

COP29

www.yenicag.az

2839
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv