Soyuq fəsillərdə soyuqdəymə və qripdən qorunmaq üçün bir çox vasitələr mövcuddur. Belə vasitələrdən biri təbii efir yağlarıdır.
Bu yağlar güclü antiseptik, iltihab və virus əleyhinə təsirə malikdir, immuniteti stimullaşdırır.
Yenicag.az xəbər verir ki, ən güclü virus əleyhinə təsirə malik olan efir yağları evkalipt, çay ağacı, adaçayı, nanə yağlarıdır.
Bu yağları evdə aroma lampada istifadə etmək çox yaxşı profilaktik təsir edir.
Həmçinin evdən çölə çıxanda yağın bir neçə damcısını şərfinizə və ya yaylığınıza damızdırın və vaxtaşırı olaraq onun qoxusunu iyləyin.
Bu yağlar həm də sinir sisteminə çox yaxşı təsir edir./saglamolun/
www.yenicag.az