!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Söyüş makinası”nın MİTİNQ ÇAĞIRIŞLARI: “Onlara ciddi əhəmiyyət verməyə dəyməz” – Partiya sədri

!Reklam – Yazi

“Bəzi insanların sosial problemlərin təsiri altında aksiyaya çıxmaları o şəxslərin nüfuz göstəricisi deyil”.

Bu fikirləri Yenicag.az açıqlamasında xaricdəki müəyyən azərbaycanlı bloqerlərin Bakıda kütləvi aksiyaların təşkili ilə bağlı əhaliyə müntəzəm çağırışlar etmələrini dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

BAP sədrinin sözlərinə görə, xaricdə oturaraq Azərbaycanda gündəm yaratmaq istəyən şəxslərə əhəmiyyət vermək lazım deyil:

“Müxtəlif xarici ölkələrdə oturub bloqer adı altında fəaliyyət göstərən, əslində isə “söyüş makinası”nın hərəkətverici qüvvəsi olan o şəxslərə ciddi yanaşmağa ehtiyac yoxdur.

Onların Azərbaycanda mitinqlərin keçirilməsinə çağırış etmələrinin, əhalini o aksiyalarda iştiraka səsləmələrinin arxasında dayanan səbəblər məlumdur. Onlar bununla həm sifariş yerinə yetirirlər, həm də özlərini ictimai rəyə sırımaq istəyirlər.

Bu qəbildən olan bir-iki aksiyada az sayda vətəndaşın iştirakı isə onların xidməti və ya nüfuzlarının göstəricisi deyil. Orada iştirak etmiş insanların sosial problemləri var və onlar sadəcə öz səslərini çatdırmaq üçün küçəyə çıxmışdılar. Yenə deyirəm, onları ciddiyə almağa dəyməz”.

Aqil Bəkir

COP29

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv