Sözçüsü Putini təkzib etdi: “Vaqner” dövlətdən maliyyələşməyib”

media-hightechnic-468x90

Rusiya prezidentinin sözçüsü dövlət başçısının dediklərinin əksini iddia edib.

media-banner_tkm

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun “Vaqner” özəl hərbi şirkətlə bağlı açıqlaması qalmaqala səbəb olub.

Məlumata görə, Peskov jurnalistləri sualına cavabında “Vaqner”in dövlət tərəfindən maliyyələşdiyini inkar edib: “Dövlət tərəfindən maliyyələşmə olmayıb”.

O bildirib ki, “Vaqner”in Belarusdakı mövcudluğu və şirkətin dövlət tərəfindən maliyyələşdirilməsi “tamamilə fərqli məsələlər”dir.

Maraqlıdır ki, Peskov bu sözləri ilə Putinin “Vaqner”in dövlətdən maliyyələşməsi haqda dediklərini təkzib etmiş olub. Putin “Vaqner” qiyamından bir neçə gün sonra şirkətin dövlətdən maliyyələşdiyini bildirmişdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05