Space tv-də onlarla yeni layihələrə start verilib. Hazırda efirdə anonsları yayımlanan verilişlər isə ardıcıllıqla efirə buraxılır.
Yenicag.az xəbər verir ki, bu barədə telekanaldan məlumat verilib. Bildirilib ki, bu layihələrdən biri də Günel Həsənzadənin aparıcısı olduğu “Bizim Mətbəx” tele-layihəsidir.
Qeyd edək ki, bu verilişin məqsədi Azərbaycanın qədim yeməklərini, şərq və qərb mətbəxini xalqa çatdırmaq, qədim türk təamlarını təbliğ̆ etməkdir.
Kanaldan bildirilib ki, qədim tarixə malik türk mətbəxi layihə sayəsində tamaşaçıların süfrəsini bəzəyəcək:
“Veriliş çərçivəsində tamaşaçıların zövqünü oxşayan müxtəlif yarışmalar keçirilir və qaliblərə özəl hədiyyələr təqdim olunur.
Verilişin əyləncəli, eyni zamanda maraqlı hissələrindən biri ən aktiv izləyicisinin studiyaya dəvət edərək öz mətbəx məharətini göstərməsidir.
“Bizim Mətbəx” tele layihəsinin ən özəl hissələrindən biri isə Azərbaycanımızın müxtəlif rayon və kəndlərinə aid, həmçinin azsaylı xalqların mətbəx ənənələrini təbliğ etmək olacaq. Belə ki, tamaşaçılar vasitəsilə müxtəlif bölgələrin özünəməxsus yemək reseptlərini öyrənəcəik və resepti təqdim edən şəxs studiyada öz məharətini göstərmiş olacaq.
Tele layihə çərçivəsində studiyaya dəvət olunan ekspertlər öz fikirlərini tamaşaçılar ilə bölüşəcəklər”.
www.yenicag.az