“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?

media-hightechnic-468x90

“Azərbaycan mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün xarici KİV-lərin ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəlib”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Caliber.Az məlumat yayıb.

Bildirilib ki, bu düzəlişlər əsasən “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin ölkədə filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan” nəşrinə, eləcə də “BBC”yə (“BBC News Azərbaycanca”) təsir edəcək.

Belə ki, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün müvafiq olaraq, AZƏRTAC-ın Rusiyadakı müxbirləri qədər “Rossiya seqodnya”nın müxbirləri də ölkəmizdə işləyəcək.

Qeyd edək ki, “Rossiya seqodnya”nın Bakı bölməsinin işinə 40-a yaxın şəxs cəlb olunub. Filialın özünün isə ləğvi gözlənilir – “Rossiya seqodnya” Azərbaycanda işini bir müxbirlə davam etdirəcək və onun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyası və Azərbaycan Respublikası hökumətləri arasında KİV müxbirlərinin statusu haqqında 9 yanvar 2001-ci il tarixli sazişə uyğun olaraq tənzimlənəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05