Su polisi Xəzər dənizində brakonyerlik edən şəxsi saxladı

media-hightechnic-468x90

Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

media-banner_tkm

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, tədbir zamanı qadağan edilən üsul və vasitələrlə qanunsuz balıq ovu ilə məşğul olan R.Musayev saxlanılıb.

Həmin şəxsdən “Yamaha” mühərrikli motorla təchiz edilmiş qayıq, sintetik tor, ov alətləri, eləcə də qanunsuz olaraq ovlanan müxtəlif növ balıq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05