!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Süleymaninin qətli Trampın apardığı siyasətin məntiqi hissəsidir, ancaq...” - Politoloq Anar Əsədlinin şərhi

!Reklam – Yazi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsi dünya, eləcə də Azərbaycan mətbuatının  gündəminə çevrilib. Sosial medianın da müzakirə obyekti olan hadisə ictimaiyyət arasında qütbləşmə yaradıb. Belə ki, Qasım Süleymanini qəhrəman kimi təqdim edib, onun ölümünə üzülənlərlə yanaşı, əks atqument ortaya qoyanlar da var. Bu mənada, Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzinin (QASİM) sədri, politoloq Anar Əsədlinin məsələyə yanaşması maraq doğurub. Onun fikrincə, Qasim Süleymaninin öldürülməsi ciddi siyasi təlatümlərə səbəb olacaq hadisə deyil və azərbaycanlıların məsələyə ideoloji baxımdan yanaşması vacibdir:


“Bəzi siyasi analitiklərin qeyd etdiyi kimi, Qasım Süleymaninin qətli Amerikanın prezidenti Donald Trampın hakimiyyətə gələndən sonra apardığı siyasətin məntiqi hissəsidir. Lakin vurğulamalıyıq ki, İranın mövcud rejiminin varlığı Amerika və İsrail üçün tamamilə uyğundur. Rejimin sözdə Amerika və İsrail düşmənliyi sayəsində bölgə ölkələrinə milyardlarla dollarlıq silah satılır.

Ümumiyyətlə, bugünkü İran rejimindən ən çox qazanan Amerika, İsrail və Avropa ölkələridir. Baxın, bircə faktı deyəcəm, Amerika və ya Avropa İraqda, Suriyada, bütövlükdə Yaxın Şərqdə qarışıqlıq yaratmaq istəyəndə İran o saat dövriyyəyə girir. Bu baxımdan Amerika və Avropanın İranda ciddi şəkildə rejim dəyişikliyi etməsi inandırıcı görünmür. Doğrudur, Amerika və Avropanın hər zaman bir B planı olur. Və biz bəzən media, sosial şəbəkədə yer alan insanlar, siyasi analitiklər bu B planı üzərində baş sındırırıq.

Onu da nəzərə alaq ki, bu il Amerikada seçki ilidir. Ölkə daxilində Tramp hakimiyyəti dövründə bir sıra iqtisadi məsələlər həllini tapsa da, siravi amerikalının həmişə ökəsini siyasi güc kimi görmək istəyi var. Törədilən qətl də Amerikanın beynəlxalq gücünü bütün dünyada bir daha sübut etmək üçün vasitə oldu. Buna görə də, belə hesab edirəm ki, Qasim Süleymani kimilərin öldürülməsi ciddi siyasi təlatümlərə səbəb olacaq hadisə deyil. Təbii ki, dünyanın siyasi gündəmini təşkil edən məsələdir. Bu hadisəylə bağlı İranın səsləndirdiyi sərt bəyanatların da hər biri daxili auditoriyaya hesablanmış çıxışlardır. Təsadüfi deyil ki, yüksək səviyyədə səslənən bəyanatlardan birində “qisas”ın uyğun zaman və məkanda alınacağı bildirildi. Təbii ki, bu, məsələni qeyri-müəyyənliyə aparmaqdan başqa bir şey deyil.

Baş vermiş hadisənin siyasi təhlili ilə bağlı sosial şəbəkələrdə kifayət qədər baxış sərgilənir. Ancaq məni daha çox narahat edən və bu gün bizim üçün qorxulu və təhlükəli olanı, bəzi yurddaşlarımızın bu prosesdə yanlış mövqe tutaraq Qasım Süleymanini İslam Ordusunun qəhrəmanı kimi təqdim etmələridir. Azərbaycan uzun illərdir Ermənistanla savaşdadır və biz bu müddət ərzində İslam Ordusu generallarını yanımızda görmədik. Qarabağ məsələsində İranın mövqeyi bəllidir: O həmişə Ermənistanın yanında yer aldı. Buna baxmayaraq, bəzi vətəndaşlarımızın belə həssas məsələdə fərqində olmadan sərgilədikləri mövqe dövlət və millətimizin mənafeyinə ziddir.

Bir müddət əvvəl də bununla bağlı fikirlərimi yazmışdım. İndi bizim üçün əsas məsələ Azərbaycanda milli kimliyə malik vətəndaş formalaşdıracaq demokratik dövlət qurmaq eşqini, düşüncəsini yaratmaq və bu iddia ilə prosesi başlatmaqdır. Bu, artıq zərurətə çevrilib: öz kimliyimiz, öz dövlətimiz, öz millətimiz və vətəndaşımız üçün savaşmaq. İndi bizim üçün əsas qayə bütün məsələlərə ideoloji aspektdən baxış sərgiləmək və milli kimlik məsələsinin üzərində düşünməkdir. Bu zaman Azərbaycanda nəinki İran, heç bir yad qüvvə və dövlət ideoloji baxımdan at oynada bilməz. Ancaq bu gün cəmiyyətdə ideoloji boşluğun olmasıyla yanaşı, həm də regionda böyük bir çaxnaşma yaranıb. Bu gün Quzey Azərbaycanın ən ciddi problemlərindən biri gəncliyimizin həm də milli kimliklə bağlı bilgilərinin yetərincə olmamasıdır”.

COP29

www.yenicag.az

1030
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv