Tətbiq olunacaq yeni VERGİ SİSTEMİ: "Aşağı gəlirlilərə aşağı vergi dərəcələri..."

media-hightechnic-468x90

“Yeni vergi sistemi ilə bizi çətin həyata yavaş-yavaş öyrədirlər?”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli bildirib.

N. Cəfərli parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı aşağı büdcəli şəxslərə tətbiq ediləcək aşağı vergi sistemi haqqında verilən açıqlamalara münasibət bildirib.

İqtisadçı bu yeniliyin xalqa ciddi müsbət təsir göstərməyəcəyini ifadə edib:

“Aşağı gəlirlilərə aşağı vergi dərəcələri 3 il ərzində yumşaq və mərhələli keçidlə tətbiq olunacaq, bəli, bəs nə qədər tətbiq olunacaq, necə tətbiq olunacaq? 3 %-in özü yumşaqmı sayılır, azmı sayılır? Bununla bağlı rəsmi açıqlama olmalıdır. Bildirmək istəyirlər ki, birdən birə 7% tətbiq etməyəcəyik, yavaş-yavaş tətbiq olunacaq, 3-5-7%. Burada nə fərqi olacaq, görəsən? 2 ildən sonra yenə 7%-ə qaldıracaqlar. Demək istəyirlər ki, bizi çətin həyata yavaş-yavaş öyrədirlər?”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa