Sülh anlaşmasından sonra Qəzza bölgəsini kim idarə edəcək?

media-hightechnic-468x90

“Sülh anlaşmasından sonra əsas məsələ bölgəni kimin idarə edəcəyidir ki, bu suallar hələ də açıq qalıb”.

media-1681721704356113261_1200x630

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Telman Nüsrətoğlu bildirib.

Politoloq bu gün imzalanmaqda olan İsrail-Fələstin sülh müqaviləsini şərh edərək bundan sonrakı proseslərdə cavabı hələ də bəlli olmayan xeyli sualların olduğunu bildirib:

“Qəzza məsələsi ilə bağlı Aralıq dənizi uğrunda geosiyasi mübarizə gedir. İsrailin təkcə Qəzza ilə yekunlaşmayan müharibə siyasəti var ki, həm güc müstəvisində, həm diplomatik müstəvidə mübarizə gedir. Əslində HƏMAS-ın sülhlə bağlı cavabı çox ağıllı diplomatik həmlə idi. Məncə, burada atəşkəsin olmasını və Qəzzada tökülən qanın durmasını istəyən Türkiyənin və digər ərəb dövlətlərinin də rolu oldu. Bu bir prosesdir – “İsrail buna necə cavab verəcək?”, “Bu sülh davamlı olacaqmı?”, “İsrailin əsas qayğısı təhlükəsizlik qayğısıdırmı?” kimi suallara cavab tapılacaq. İsrail təhlükəsizliklə bağlı təminat verə bilər, amma bunun strateji planda bir sülh sazişinə, barışa xidmət etməsi üçün iki dövlətli həll modeli ortaya qoyulmalıdır. Bu uzun prosesdir. Hələlik İsrailin yanaşmasına tam əmin şəkildə rəy vermək mümkün deyil”.

Nüsrətoğlu atəşkəsin daimi olacağını proqnozlaşdırmağın çətin olduğunu da qeyd edib:

“Ümumiyyətlə bu atəşkəs qalıcı olacaq ya yox bilinmir. Qəzzanın idarəetməsi ilə bağlı çox suallar var. Texnokrat fələstinlilərdən ibarət hökumət olacaq yoxsa beynəlxalq ərəb ölkələrinin də daxil olduğu bir başqa güc bölgəni idarə edəcək? Bunlarla bağlı xeyli suallar var. Güman edirik ki, bu genişmiqyaslı sülh anlaşmasına çevrilər və İsrail – Fələstin məsələsi də həll edilmiş olar”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa